Orduya bombalı hücum (VİDEO)

Əfqanıstanın paytaxtı Kabildə avtobusun partlaması nəticəsində 6 hərbçi həyatını itirib.

ANS PRESS-in məlumatına görə, xəbəri ölkənin Müdafiə Naziri təsdiqləyib.

“Milli ordunun 6 əfqan əsgəri öldürülüb- bir çox digər yaralılar isə xəstəxanalara yerləşdirilib”, – deyə qurumdan bildiriblər.

Daha əvvəl xəbər verilmişdi ki, kamikadze hərbiçiləri aparan avtobusda partlayıcı qurğunu işə salıb.

Bundan əlavə məlum olub ki, “Taliban” hərəkatı yaraqlıları Əfqanıstanın cənubunda Qilmend əyalətində 12 istehkamçını qətlə yetirib.

Kabul blast kills at least six soldiers …read more

From:: ANS