İki cüdoçumuz bizi məyus etdi

Birinci Avropa Oyunlarında cüdo yarışlarına start verilib.

ANS PRESS-in məlumatına görə, 66 kq-dək çəki dərəcəsində çıxış edən təmsilçimiz Tərlan Kərimov 1/16 finalda Rusiya cüdoçusu Mixail Pulyayevlə qarşılaşıb.

Rus idmançısı vazari xalı ilə qalib gələrək növbəti mərhələyə keçib. 48 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Leyla Əliyeva isə 1/8 finalda Belçika cüdoçusu Şarlin van Sniklə görüşüb.

Belçika təmsilçisi saxlama fəndi tətbiq edərək cüdoçumuza vaxtından əvvəl tam qələbə ilə qalib gəlib.

…read more

From:: ANS