Yaşayış yerlərində ağaclar 12 metrdən hündür olmamalıdır (VİDEO)

Paytaxtda hündürlüyü ilə adamda vahimə yaradan ağaclar var. Bir çox yaşayış məntəqələrində binaların qarşısında ucalan ağaclar demək olar ki, baxımsızlıq səbəbində böyüyüb şaxələnərək aşma təhlükəsi yaradır. Bəs əslində ağacların hündürlüyü maksimum nə qədər olmalıdır və təbiətə nəzarət mexanizmi necə təşkil edilir?

Bəzən iri hündür ağaclar ömürlərinin başa çatdığını başlarını yerə doğru əyməklə bildirirlər. Amma onların demək istədiklərini anlamaq istəyən yoxdur. Budanmayan ağaclar isə daha da qol budaq açaraq insanlara mane olurlar. Bəzən ağaclar o qədər uzanır ki, binalara söykənir. Mənzildə yaşayan sakinlər isə evlərinin pəncərələrini belə aça bilmirlər.

Ekoloq İslam Mustafayev bildirdi ki, insanların həyatına təhlükə törədən ağaclara Mənzil İstismar Sahələri nəzarət etməlidirlər. Quruyan və təhlükəsi olan ağaclar kəsildikdən sonra təbiəti qorumaq məqsədilə dərhal həmin ağacların yerinə yeni ağaclar əkilməlidir:

“Bəzi ağaclar quruyur. Dərhal kəsilməlidir ki, sonradan problem olmasın. Amma yerinə də yeni ağaclar əkilməlidir. Daima yaşıl ağaclar nə qədər çox olarsa, onun o funksiyası da daha effektiv və daha səmərəli olar. Xususilə də quraqlıq ərazilərdə, Bakı və Abşeron yarımadasnda ağaclara qulluq göstərilməsi vacib məsələdir. Belə ki, ağacların budanması, suvarılması, iri budaqların kəsilməsi və sanitar nəzarət bu kimi işlər daim həyata keçirilməlidir”.

Yaşıllaşdırma idarəsinin əməkdaşı Razim Əfəlov bildirdi ki, ağaclar əslində 12 metrdən çox olduqda ağaclar budanır və lazım olduqda Kəsilir. İdarə isə daim bu işi nəzarətdə saxlayır. Paytaxtın istənilən yerində isə bu işlər davam etdirilir:

“Yalnız müstəsna hall kimi ağacların budanması, ancaq təhlükə yaranan zaman biz onun təcili sürətdə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin iştirakı ilə ağaclar budanır. İşlər buna uyğun olaraq yerinə yetirilir. Bəzə elə olur ki, 12-15 metr hündürlüyündə olan cavan ağaclar insanlara təhlükə yaradır, məhz bu ağaclar da budanmalıdır. Özəliklə təhlükə törədə biləcək ağaclar ya kəsilməli, ya da budanmalıdır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirdilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi vaxtaşırı monitorinqlər keçirib çürümüş, aşma təhlükəsi olan ağacları müəyyən edib nazirliyin ekspertiza idarəsinə müraciət etməlidir. …read more

From:: ANS