TAP yeni tender elan etdi

Trans-Adriatik Boru Kəməri (TAP) yeni təchizat müqaviləsi üçün tender elan edib. İki qaz-kompressor stansiyasında quraşdırılması nəzərdə tutulan 6 qaz turbin kompressorları ilə bağlı olan tender 2 hissədən ibarət olacaq və hər biri Yunanıstan və Albaniya ərazisindəki təchizatlarla əlaqəlidir.

ANS PRESS-in məlumatına görə, müqavilənin həcminə 15 Meqa Vattlıq 6 qaz turbin turbo kompressorun çatdırılması və quraşdırılmasını prosesləri daxildir.

TAP-ın təchizat məsələləri üzrə direktoru Knut Şteynar Kvindesland deyib: “Qaz turbin kompressorları boru kəmərinin tikilməsi prosesində çox önəmli məsələlərdəndir. Tender zamanı podratçılar üçün yüksək səviyyəli standartlar müəyyənləşib. Yalnız SƏTƏM qaydalarına uyğun şəkildə fəaliyyət göstərən və TAP standartlarına uyğun olan podratçılar seçim prosesində iştirak edəcəklər.”

Ümumiyyətlə, TAP “Şahdəniz” yatağının 2-ci fazasından Azərbaycandan Avropaya təbii qazın nəqli üçün inşa edilməsi nəzərdə tutulan 870 kilometrlik boru xəttidir. TANAP boru kəmərinin davamı olaraq, Türkiyə-Yunanıstan sərhəddinin Kipoi məntəsindən başlayaraq, Yunanıstan, Albaniya və Adriatik dənizi boyunca uzanan TAP boru kəməri sonunda İtaliyanın cənub sərhədlərinə çatacaq.

Qazın ilkin satışı 2018-ci ildə Gürcüstan və Türkiyəyə nəzərdə tutulub. Bu prosesdən bir il sonra təbii qazın Avropaya satışı mümkün olacaq. TAP səhmdarları BP (20%), ARDNŞ (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və “Axpo” (5%) şirkətləridir. …read more

From:: ANS