Müxalifət razı qaldı (SORĞU)

Bu gün Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təmsilçiliyi və müxalifət partiyalarından bir qrupunun rəhbərinin iştirakı ilə iqtidar-müxalifət diaqloqu keçirilib.

ANS PRESS xəbər verir ki, APA görüşdə iştirak edən və etməyən siyasi partiya rəhbərlərinin buna münasibətini öyrənib.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa açıqlamasında keçirilən görüşü faydalı hesab edib. O bildirib ki, belə bir addımın iqtidar tərəfindən atılması Azərbaycanın gələcəyi, xüsusilə partiya demokratiyasının inkişafı ilə bağlı proseslərə çox böyük yardım edəcək: “Düşünürəm ki, bu görüş dialoqa doğru atılan bir addım idi və görüşün də mahiyyəti o idi ki, gələcəkdə iqtidar-müxalifət arasında, xüsusilə də siyasi partiyalar müstəvisində qalıcı dialoq mühiti mövcud olsun, konkret mövzular ətrafında müzakirələr aparılsın. Görüşdə partiya sədrləri tərəfindən bir sıra ciddi təkliflər, tənqidlər səsləndirildi. Ümumiyyətlə, ölkənin taleyi ilə bağlı məsələlərdə iqtidar-müxalifət arasındakı münasibətlərin daha da ciddi hüquqi çərçivəyə salınması və parlament, bələdiyyə seçkiləri ilə bağlı proseslərdə müəyyən tərəfdarın olması məqsədəuyğun sayıldı. Hesab edirəm ki, faydalı bir görüş oldu, xüsusilə də Əli Həsənovun kifayət qədər səmimi, açıq bir davranışla bu mühiti yaratmasını qeyd etməliyəm. Təbii ki, bu, ölkə prezidentinin təqdiri və razılığı ilə baş tutan görüş idi”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxalı isə görüşün sosial sifariş olduğunu vurğulayıb. O, görüşün nəticələrinin müsbət olacağına ümid etdiyini bildirib: “Bu barədə təkliflər uzun müddət Milli Məclisdə, mətbuatda səsləndirilib ki, ölkənin bir sıra tanınmış insanlarının xarici siyasət, daxildəki proseslərlə bağlı fikirləri önəmlidir. Ən əsası da odur ki, bu görüş hər iki tərəfdən qarşılıqlı addımların atılmasıdır və gələcəkdə yəqin ki, davam etdiriləcək. Əli Həsənovun açıqlaması da bizi qane etdi”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə də görüşün səmimi atmosferdə keçdiyini və razı qaldığını bildirib: “Mən əvvəllər də demişəm ki, iqtidarla müxalifət arasında dialoq olmalıdır. Bugünkü görüşdən çox razıyam. Çünki çox səmimi söhbət oldu, hörmətli Əli Həsənov səmimi bir mühit yaratdı. Düşünürəm ki, bu görüş iqtidar-müxalifət münasibətlərinin …read more

From:: ANS