Ordumuzun yeni silahları

“Ermənistan tərəfi itkilərini gizlətməyə çalışır. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq. Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət çox acınacaqlıdır. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən rejimdir”.

ANS PRESS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. O bildirib ki, düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, o cümlədən Yaxın Şərq regionundan – Livandan və Suriyadan muzdluları cəlb edir.

Nazir söyləyib ki, dost və digər dövlətlərin hərbi təhsil sistemi ilə tanışlıq, təcrübə mübadiləsi məqsədilə Müdafiə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətlərinin Türkiyə, Rusiya, Belarus və digər ölkələrə səfərləri olub:

Z.Həsənov keçən ilin dekabrında Silahlı Qüvvələrin Sıra Nizamnaməsinin təsdiq edildiyini diqqətə çatdırıb: “Bu nizamnamə bir sıra yeniliklərlə yanaşı, həm də mövcud qaydaların təkmilləşdirilməsini özündə ehtiva edir. Şübhəsiz ki, bu, birinci növbədə orduda hərbi intizamın möhkəmləndirilməsinə istiqamətlənib.
Hərbi sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Silahlı Qüvvələrin İntizam, Qarnizon və Qarovul xidmətləri, Daxili Xidmət nizamnamələrinin təkmilləşdirilməsi məqsədilə onların yeni layihələri hazırlanıb və razılaşdırılması üçün aidiyyəti dövlət orqanlarına göndərilib. Artıq razılaşdırma prosesi başa çatmaq üzrədir.

Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikasının Hərbi Doktrinasının, Silahlı Qüvvələrin 10 illik İnkişaf Strategiyasının yeni layihələri işlənib, Milli Təhlükəsizlik Konsepsiyasına daxil ediləcək ölkənin müdafiə qabiliyyətinin inkişafına dair təkliflər hazırlanıb:

“Son illər ərzində Azərbaycanın hərbi xərcləri sürətlə inkişaf edib və qısa zamanda hərbi büdcəmiz 20 dəfədən çox artıb. Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri Azərbaycanın 2015-ci il üçün hərbi büdcəsindən təxminən 2 milyard ABŞ dolları azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə, Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür.

Ali Baş Komandanımız İlham Əliyevin “düşmənin ayaqlarının altında torpaq od tutub yanmalıdır” sözləri qarşımızda mühüm vəzifələr qoyur. Məhz buna görə də Silahlı Qüvvələrimizin döyüş arsenalının müasir tələblər əsasında yenilənərək gücləndirilməsi ümumi fəaliyyətimizin başlıca istiqamətlərindən birini təşkil edir. Qoşunların …read more

From:: ANS