30 yaşlı qadın Facebookda tanış olduğu kişi tərəfindən zorlandı (FOTO)

Facebook sosial şəbəkəsi daha bir cinayətə yol açıb.

ANS PRESS-in verdiyi məlumata görə, Rumuniyada 30 yaşlı qadın sosial şəbəkədə tanış olduğu kişi tərəfindən zorlanıb və qətlə yetirilib.

Belə ki, 30 yaşlı Elza.N. Facebookda Nicu Alin adlı şəxslə tanış olub. Bir müddət danışdıqdan sonra qadın təzə tanışının görüş təklifini qəbul edib.

Onlar şəhər kənarındakı meşədə görüşüblər. Görüş zamanı Nicu Alin qadını zorlayıb. Qadını zorladıqdan sonra vəhşicəsinə döyüb. Öldürmək üçün qadını boğub. Nicu Alin zorladığı qadının hərəkətsiz olduğunu görüb və zənn edib ki, o ölüb.

Qadının mobil telefonundan onun Facebook profilinə girib. Qadınla danışıqlarını silib və oradan qaçıb.

Bir neçə saat sonra huşu özünə gələn Elza.N. sürünə-sürünə yola çıxıb. Onu yoldan keçənlər görərək polis çağırıblar. Qadın təcili xəstəxanaya yerləşdirilib.

Elza.N. polisə bildirib ki, onu Nicu Alin adlı şəxs zorlayıb. Həkimlərin səyinə baxmayaraq Elza.N. ölüb.
Polis Nicu Alin evində həyat yoldaşı ilə evliliklərinin 1 ilini qeyd etdiyi şənlikdə həbs edib.

…read more

From:: ANS