“Real Madrid” “Timsah”larla qarşılaşacaq (FOTO)

Türkiyənin “Bursaspor” klubu yeni stadionuna “Real Madrid”i dəvət edəcək.

ANS PRESS-in məlumatına görə, Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən inşası davam edilən və “Bursaspor” azerkeşləri arasında “Timsah Arena” olaraq adlanan stadionun gələn ilin iyun ayında istifadəyə veriləcəyi planlaşdırılır. Klub rəhbərliyi açılış mərasimində İspaniyanın köklü klublarından olan “Real Madrid”lə özəl matç keçirməyə cəhd edəcək.

Klub prezidenti Rəcəb Altepe belə bir stadionun açılışının çox xüsusi olması üçün müəyyən addımlar atacaqlarını söyləyib. Rəcəb Altepe qeyd edib ki, dünyanın ən maraqlı stadionları arasında yer alan “Timsah Arena”nın açılışı da dünya səviyyəsində olacaq:

“Açılış mərasimi üçün çox xüsusi bir program hazırlamağı planlaşdırırıq. Açılış matçı üçün də Bursa sakinlərinin könlündə “Real Madrid” var. Yaxın günlərdə açılış mərasiminə dəvət etmək üçün “Real Madrid” ilə əlaqə quracağıq. İnanırıq ki, bizim təklifimizə müsbət cavab veriləcək”, – deyə klub prezidenti söyləyib.

Türkiyədə ilk dəfə olaraq klubun simvolu formasında stadion inşa etdirən “Bursaspor” bununlada dünya mətbuatının diqqətini çəkib. “Timsah Arena” dünyanın ən yaxşı 10 stadionu arasında göstərilir.

…read more

From:: ANS