Ermənilərə bəd xəbər

“Türkiyə və Ermənistan arasında sərhədlər bütün mövcud məsələlər nizama salındıqdan sonra açıla bilər. Bu, təkcə Türkiyə-Ermənistan razılaşmalarına aid deyil, həm də Azərbaycan ilə Ermənistan arasında münasibətlərə aiddir.”

ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davutoğlunun müşaviri Etyen Maxçupyan bildirib.

O, “erməni soyqırımı”nın 100 illiyini nəzərdə tutaraq deyib: “2015-ci il aprelin 24-ü çox simvolik tarixdir və bunun yaxınlaşması erməni mühitində radikalizmin kəskinləşməsinə səbəb olur.”

Onun sözlərinə görə, Türkiyə erməni tərəfini təmin edəcək hər hansı hərəkət, təşəbbüs göstərməyəcək. Erməni tərəfinin məsələyə yanaşmasına görə, soyqırım və sərhədlərin açılması məsələsində Türkiyə tərəfindən hər hansı güzəştlər qeyri-mümkündür.

O xatırladıb ki, bu il tarixdə ilk dəfə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu məsələ ilə bağlı müraciət etdi, başsağlığı verdi və bunu iki xalqın ümumi ağrısı, köhnə tarixin hadisələri adlandırdı.

Türkiyə və Ermənistan arasında hazırda diplomatik əlaqə yoxdur. İki ölkə arasında 330 kilometrlik sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlanıb. Ölkələr arasında mürəkkəb münasibətlər Ermənistanın işğalçılıq siyasətinə, Dağlıq Qarabağ probleminə görə yaranıb. Həmçinin Türkiyənin münaqişənin həllində Azərbaycanın mövqeyini tam dəstəkləməsi, eyni zamanda “erməni soyqırımı” iddialarına Ankaranın kəskin reaksiyası buna imkan vermir. …read more

From:: ANS