Əlimizi planşetə çevrirlər (FOTO, VİDEO)

“Ağıllı” qolbaq Cicret əlinizi planşet ekranını əlinizdə əks etdirəcək.

ANS PRESS-in məlumatına görə, istehsalçılar yeni qolbağın istehsalı üçün artıq vəsait toplamağa başlayıblar. Cihazda adi planşetlərdə olduğu kimi tam prosessor, quraşdırılmış yaddaş, Wi-Fi, Bluetooth və başqa funksiyaların olması nəzərdə tutulur. Yeni “ağıllı” qolbaqlar adi smartfonlar kimi işləyə biləcək.

Qolbaqda görüntüləri əks etdirmək üçün pikoproyektor olacaq. Həmçinin barmaqların hərəkətini izləmək üçün səkkiz yaxınlaşdırma sensorunun olması da nəzərdə tutulur. Bundan başqa, qolbağın əksetdirmə, işıq və titrəmə vasitəsilə xəbərdarlıq edə bilməsi üçün qolbaqda akselerometr, işıq indikatoru və titrəmə motorunun olacağı da bildirilir. Qolbağın korpusunun sudan qorunma funksiyası olacaq.

Çoxları belə qolbağın yaradıla bilməsinə şübhə etsə də, layihə müəllifləri ilk ağıllı qolbağı 3 həftə arzində istehsal edəcəklərini bildiriblər. Qolbağın satış qiymətinin 400 dollar (təxminən 314 AZN) olması planlaşdırılır.

…read more

From:: ANS