Meyvə bağlarının acı taleyi

Azərbaycanda kənd təsərrüfatı sektorunda meyvəçilik mühüm yer tutur. Respublikanın coğrafi və iqlim şəraitini nəzərə alsaq, respublikada meyvəçiliyin inkişafına xüsusi diqqətin yetirilməsi, meyvə bağlarının genişləndirilməsi, məhsuldarlığın artırılması əsəs vəzifələrdəndir. Amma, bəzən bölgələrdə bu sahəyə etinasız münasibət, meyvə bağlarının qırılması, onun ərazisinin satılması, tikinti işlərinin aparılması təəssüf doğurur.

ANS PRESS-in bununla bağlı apardığı araşdırma zamanı məlum olub ki, bundan başqa, kənd təsərrüfatı fəaliyyəti, o cümlədən meyvəçilik tez-tez iqlim, xəstəlik və digər təbii risklərə məruz qalır. Yoluxucu xəstəlik, subasma, şiddətli quraqlıq və ya şaxta və həşəratların gəlişi kimi hadisələr də problemlər yaradır.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, kənd təsərrüfatı sektorunda istehsalı davamlı və sürətlə artan sahələrin başında meyvəçilik durur. Azərbaycanın ərzaq balansında əsas ərzaq məhsulları sırasında ən yüksək özünütəminetmə səviyyəsi, yəni yerli istehsalın həcminin yerli tələbata olan nisbəti meyvə sektorundadır.

Ümumiyyətlə, bölgələrdə əvvəllər meyvə bağlarının qırılmasına rast gəlinirdi. Hazırda bununla bağlı faktlar demək olar, azalıb. Çünki, bölgələr qazlaşdırılır, həm də aidiyyəti qrumlar tikinti işlərinə nəzarət edirlər. Digər tərəfdən, indi meyvəyə ölkə daxilində və xaricdə təlabat artdığından, gəlirli sahəyə çevrildiyindən, həm dövlət, həm sahibkarlar, həm də fərdi sakinlər meyvə təsərrüfatının genişləndirilməsində maraqlıdırlar.

Azərbaycanda bar verən meyvə bağlarının ümumi sahəsi 113,2 min hektardır. Ən böyük bağ alma (26,3 min hektar), fındıq (24,8 min hektar) və nar (16,5 min hektar) bağlarıdır. Adıçəkilən 3 meyvə bağının sahəsi 67,6 min hektardır – bu da cəmi sahənin 60 faizi deməkdir. Xurma bağları 8,6 min hektar, armud bağları 4,7 min hektar, gavalı bağları 3,9 min hektar, gilas bağları 3,3 min hektar, heyva bağları 3,3 min hektar, şaftalı 3,2 min hektar və s. təşkil edir. Adıçəkilən bütün meyvə bağlarının sahəsi son illərdə artıb.

Ölkədə istehsal edilən meyvənin 63,3 faizi alma, nar və xurmadan ibarətdir. Ölkəmizdə ən çox alma istehsal edilir. Ötən il Azərbaycanda 246,7 min ton alma toplanıb. Alma ilə bərabər 150 min ton nar, 143,1 min ton xurma yığılıb. Bu növ meyvələr üzrə ümumilikdə …read more

From:: ANS