SOCAR-a 420 mln kredit

Dekabrın 13-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Rusiyanın “Qazprombank” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Andrey Akimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

ANS PRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, qonağı salamlayan Rövnəq Abdullayev SOCAR-ın son dövrdə əldə etdiyi nailiyyətlərdən danışmış, qarşıdakı illərdə həyata keçiriləcək regional və qlobal əhəmiyyətli layihələr haqqında məlumat verib.

Səmimi qəbul üçün təşəkkürünü bildirən A.Akimov Azərbaycanda bir neçə il əvvəl olduğunu diqqətə çatdırmış, ölkəmizdə baş vermiş sosial-iqtisadi dəyişiklikdən böyük təəssüratlar aldığını söyləyib, ölkəmizin enerji sektorunda böyük irəliləyişlər əldə olunmasından məmnunluğunu bildirib. O, SOCAR-ın qısa müddətdə böyük nüfuz qazandığını və buna görə də rəhbərlik etdiyi bankın şirkətlə əməkdaşlıqda maraqlı olduğunu xüsusi vurğulayıb.

Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən, Sumqayıtda həyata keçirilən Kimya Sənaye Parkı layihəsi, habelə SOCAR-ın yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi haqqında təqdimatlar keçirilib. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin və Dövlət Neft Şirkətinin məsul şəxsləri tərəfindən təqdim olunan layihələrin məqsədi, perspektivləri, maliyyə mənbələri və işlərin hazırki gedişi haqqında qonaqlara ətraflı məlumat verilib. Layihələr “Qazprombank” ASC-nin təmsilçilərində maraq doğurub.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprombank” Açıq Səhmdar Cəmiyyəti arasında Sumqaylt Kimya Sənaye Parkında həyata keçirilən SOCAR POLYMER layihəsi üçün kreditin verilməsi üzrə Əsas Şərtlər Toplusu imzalanıb. Sənəddə deyilir ki, ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı məqsədi ilə həyata keçirilən bu layihəyə “Qazprombank” ASC tərəfindən 420 mln dollar kredit ayrılması haqqında qərar qəbul olunub.

İmzalanmadan sonra çıxış edən “Qazprombank” ASC İH-nin sədri Andrey Akimov bildirib ki, SOCAR-ın mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələri beynəlxalq enerji və maliyyə sektorunda şirkətə böyük etimad qazandırıb. 10 il müddətinə və zəmanət tələb edilmədən verilən bu kredit Azərbaycana, onun neft-qaz sektorunun lokomotivi olan SOCAR-a bəslənilən inamın və etimadın bariz göstəricisidir. Tədbirdə həmçinin o da qeyd olunub ki, “Qazprombank” ASC tərəfindən SOCAR üçün 2 milyard …read more

From:: ANS