Kilsədə erotik səhnələrə görə mühakimə edildi (FOTO)

Avstriyalı qadın kilsədə erotik səhnələr çəkdirdiyinə görə cəzalandırılıb.

ANS PRESS-in məlumatına görə, Eliza adlı 29 yaşlı qadın Avstriyanın Herşinq mahalında kilsələrin birində açıq səhnələr çəkdirərək internetdə yayımlayıb. Bununla Eliza 10 min 700 avro (təxminən 10 min 400 manat) qazanıb. Lakin tezliklə keşişin şikayəti nəticəsində həmin qadını taparaq mühakimə ediblər.

Belə ki, orta məkltəb şagirdləri kilsədəki videolar haqqında keşişə məlumat veriblər. Bundan sonra keşiş şikayət edib. Lakin videolarda qadının üzü görünmürdü. Bununla belə, yerli sakinlərdən biri onu tanıyıb. Nəticədə Elizanı taparaq mühakimə ediblər. O, 3 aylıq icbari iş və 5 min 350 avro (5 min 200 manat) pul cəzası alıb.

İnternetdə “Babsi” təxəllüsü ilə tanınan Eliza isə məhkəmədə günahını boynuna alıb və keşişdən üzr istəyib. O həmçinin bildirib ki, bu əməlinin cinayət olduğunu bilmirdi.

…read more

From:: ANS