Serj Sarkisyan partlaya bilər

Erməni helikopterinin ardınca Serj Sarkisyan da partlaya bilər.

Parlamentin müxalifətçi deputatı Nikol Paşinyan Ermənistan prezidentinin impiçmentini elan etmək təşəbbüsü ilə çıxış edib. Bu ideya bu gün respublikanın müxtəlif partiyalarından ciddi müzakirə edilir.

“Biz hakimiyyətin tam dəyişdirilməsinə aparan istənilən təşəbbüsü dəstəkləyirik”, – deyə “İrs” partiyasının parlament fraksiyasının katibi Tevan Poqosyan jurnalistlərə bildirib.

Erməni deputatın yeni ideyasını müfəssəl öyrəndikdən sonra “Daşnaksutyun” və “Çiçəklənən Ermənistan” partiyaları, başqa ictimai təşkilatlar da bununla bağlı öz fikrini bildirəcəklər.

Çox politoloqlar artıq indidən hesab edirlər ki, erməni dövlətinin başçısını impiçmentə çıxarmaq ideyası tamamilə yolveriləndir. Bu respublikanın konstitusiyasına görə, bu məsələni parlamentin plenar iclasına çıxarmaq üçün 44 deputatın imzasını toplamaq yetərlidir.

Yada salaq ki, erməni müxalifəti dekabrın 10-da İrəvanda ümumerməni mitinq və etiraz marşı keçirməyi planlaşdırır. Əsas tələb prezident Serj Sarkisyanın vəzifədən getməsidir.

Yəni o da həmin helikopter kimi çox tezliklə partlaya bilər. …read more

From:: ANS