Məktəbdə silahlı zorakılıq

Amerika Birləşmiş Ştatlarının Oreqon ştatında orta məktəb şagirdləri naməlum silahlı şəxsin hücumuna məruz qalıblar.

Hadisə Portlend şəhərində baş verib. Polis idarəsinin serjantı Pit Simpsonun sözlərinə görə, hücum zamanı 3 nəfər yaralanıb.

Yaralılardan birinin vəziyyəti ağırdır. Polis yaralıların silahlı şəxsdən çətinliklə yaxa qurtardığını bildirib.

Faktla bağlı istintaq araşdırması başladılıb. Hücum edən şəxslərin bir deyil, bir neçə nəfər olduğu ehtimal edilir.

Silahlı zorakılığa səbəb kimi isə, yerli cinayətkar dəstələr arasındakı mübahisələr göstərilir. …read more

From:: ANS