Bakıda zəhərli balıq satılır! (FOTO)

Avropa və Amerikada Panqasius balığının qida məhsulu kimi istifadə olunması qadağandır. ANS PRESS-in Musavat saytına istinadən verdiyi məlumata görə, buna səbəb isə bu balıqların tərkibində sənaye tullantıları, mərgümüş, toksik maddələr, polixrolin bifenil, metavbolit, heksaxloritloheksangen və heklaxlorbenzol kimi zəhərli maddələrin olmasıdır. Panqasiusu dünyanın ən zəhərli balığı hesab etmək olar. Avropa və Amerikada satışı və yeyilməsi qadağan edilən bu balığa paytaxtımızın istənilən mağazasında rast gəlmək mümkündür.

Qeyd edək ki, bu balıqların vətəni Vyetnamın Mekonq çayındır. Bu çay Yer kürəsinin ən çox çirklənən çaylarından sayılan Mekonq kanalizasiya sularının, mineral gübrələrin, dəri, yaxud kimya zavodlarının tullantılarının geniş axıdıldığı çaylardan hesab olunur. Panqasius bir çox ölkələrdə qadağan olunduğu üçün bəzi biznesmenlər gizli yollarla bu balığı ayrı-ayrı balıq məhsullarının tərkibinə daxil edirlər. Onun böyüməsi və çoxalması üçün Vyetnamdan bəzi hormonlar gətirilir və bu balıqlara müxtəlif üsullarla yerləşdirilir. Avropada məhsulların tərkibini araşdıran qurumlar dəfələrlə balıqlara yerləşdirilən hormonların tərkibi haqda məlumat istəsələr də Vyetnam bu məlumatları verməkdən imtina edib. Bu isə şübhələri daha da artırır. Bütün bu şübhələr isə Azərbaycan əhalisi arasında narahatlıq yaradıb. Biz də paytaxtda fəaliyyət göstərən bir neçə marketə baş çəkib Panqasisus balığının satışda olub olmaması ilə maraqlandıq. “Neftçilər” metro stansiyası yaxınlığındakı marketdə bu balıqlar okean balığı adı ilə həm açıq, həm də sellofan torbada dondurulmuş halda satılırdı. Qiyməti isə 4 manat 50 qəpiyə idi. Satıcının diqqətinə balıq haqda deyilənləri çatdırdıqda o, balığın kifayət qədər alıcısı olduğunu, bu günə qədər də bir şikayət almadıqlarını dedi. Balıq haqdakı məlumatları da ilk dəfə eşitdiyini deyən satıcı balığın digərlərindən həddən artıq yağlı olması ilə fərqləndiyini bildirdi.

Qeyd edək ki, “okean balığı” adı altında təklif olunan Panqasius yalnız paytaxtda deyil, həm də Azərbaycanın rayonlarında da satılır. Balığın vətəni olan Vyetnamda isə Panqasius balığının bir dənəsini bizim pulla təxminən 50 qəpiyə satılır.

Dünyanın ən zəhərli balığının Azərbaycana necə, hansı yollarla gətirildiyini öyrənmək üçün Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin …read more

From:: ANS