Kennedini öldürənin tabutu şok qiymətə satıldı

ABŞ-da 1963-cü ildə prezident Con Kennedini güllələyən Li Xarvi Osvaldın tabutu satılıb.

ANS PRESS-in məlumatına görə, qeyri adi lotu Texasın Fort-Uort şəhərinin dəfn mərasimləri bürosu satışa çıxarıb.
Tabut 87,5 min dollara alıcısını qismət olub.

Li Xarvi Osvald Kennediyə qəsd etdikdən az sonra gecə klubu sahibi Cek Rubi tərəfindən öldürülüb. 1981-ci ildə Osvaldın cəsədini yeni tabutda dəfn ediblər, köhnə tabutu isə xidmət bürosunun yiyəsi Allen Baumqartner xərraca qoyub.

Lakin satışdan Xarvi Osvaldın qardaşı 80 yaşlı Robert Osvald narazıçılığını bildirib. O satış əməliyyatının ləğvini tələb edərək məhkəməyə müraciət edib. Öz növbəsində Allen Baumqartner tabuta sahib olmağa haqqının olduğunu bildirib. Belə ki, tabut bit neçə on illikdir ki, tələb olunmur. …read more

From:: ANS