İlin adamı bəlli oldu

Böyük Britaniyanın məşhur qəzeti olan The Financial Times “Apple” şirkətinin rəhbərini ən nüfuzlu insan seçib.

ANS PRESS-in məlumatına görə, qəzet “Apple” şirkətinin rəhbəri Tim Kuku sahibkarlıq sahəsində bu ilin ən nüfuzlu insanı adlandırıb.

Qəzetin fikrincə Kukun rəhbərliyi altında şirkət IT bazarına böyük uğura nail olur. O, səhmlərin idarə edilməsi mexanizmini dəyişib və şirkət aktiv əməkdaşlıq üçün daha açıq olub.

Cari ilin noyabr ayında “Apple”ın bazar kapitallaşması Nyu-York birjasındakı hərrac zamanı ilk dəfə olaraq 700 milyard dollara yüksəlib. “Apple” şirkətinin dəyəri “Exxon” neft şirkətindən 72% yüksəkdir. İlin əvvəlində “Apple”ın səhmlərinin dəyəri 50%-dən çox artıb.

Qeyd edək ki, məşhur “Forbes” jurnalı “Apple”ı ən bahalı brend kimi qəbul edib. …read more

From:: ANS