Aeroportda “ləbləbi” qalmaqalı (FOTO)

“Korean Air” şirkətində qalmaqal ölkənin əsas mövzusuna çevrilib

Cənubi Koreyanın “Korean Air” aviaşirkətinin vitse-prezidenti Çö Hön karyerasına son qoyan qalmaqala imza atıb.

ANS PRESS-in məlumatına görə, şirkət prezidentinin qızı olan Çö Hön uçuşun əvvəlində duzlu ləbləbinin ona qabda yox, paketdə gətirildiyi üçün təyyarə göyərtəsində göstərilmiş xidmətdən narazı qalıb.

Çö Hön heyət komandirindən təyyarəni aeroport terminalına qaytarmağı və stüardessalardan birini təyyarədən kənar etməyi tələb edib.

Vitse-prezidetin davranışı, Nyu Yorkdan Cənubi Koreyanın İnçxon şəhərinə uçan təyyarənin 20 dəqiqə geçikməsinə səbəb olub. Buna görə də, “Korean Air” şirkəti sərnişinlərdən üzr istəyib.

Qalmaqaldan sonra Ço Hön şirkətin vitse-prezidenti vəzifəsindən istefa verib. Bundan əlavə o, təyyarənin uçuşunu yubandırdığı üçün və narahatlığa səbəb olmuş hərəkətlərinə görə üzr istəyib

Cənubi Koreya höküməti insidentin araşdırıldığını bildirib. …read more

From:: ANS