Toyuq fermasında “Çanaqqala dastanı” (FOTO)

Türkiyədə qaçaqmalçılıq yoluyla əldə olunan və Çanaqqala zəfərinin 100-cü ildönümündə qeyri-leqal yollarla satılması planlaşdırılan 6 000-dən çox tarixi əsər ələ keçirilib. ANS PRESS-in məlumatına görə, əsərlər Çanaqqalada toyuq ferması kimi fəaliyyət göstərən məkanda polislərin keçirdiyi araşdırma nəticəsində aşkarlanıb.

Yerli hüquq-mühafizə orqanları B.A. və T.T. adlı iki şəxsin əl altından tarixi əsər toplayaraq Çanaqqala zəfərinin 100-cü ildönümündə şəhərə gələn əcnəbilərə satmağa hazırlaşmaları barədə məlumat əldə edib. Təxminən 1 ay şübhəliləri təqib edən polis ötən gün əməliyyat keçirib. Toyuq fermasında keçirilən əməliyyatda 6 817 tarixi əsər ələ keçirilib. Ələ keçirilən əsərlər hərbi muzeyə təhvil verilmək üzrə müsadirə olunub.

Şubhəlilər, tarixi əsərlərin xarab olmaması üçün onları xüsusi şüşə korpuslarda saxlayıblar.

Ələ keçirilən əsərlər:

14X20 ölçülərində osmanlıca sənəd, 1 İncil, 1 metal kompas, 9 müxtəlif osmanlı möhürü, 1 medalyon, 71 ədəd sikkə, 15 metal nişan və gerb, müxtəlif ordulara aid 10 qılınc, müxtəlif ordulara aid 5 qılınc qını, 3 seriyasız tapança, 1 lülədən dolma tapança, müxtəlif ordulara aid 3 qəmə, 2 binokl, 1 barıt qabı, 29 bomba kapsulu, 11 metal su qabı, 2 rom şüşəsi, 2 zəncirli cib saatı, 18 metal yemək qabı, 1 Britaniya bayrağı və minlərlə sair tarixi əsər. …read more

From:: ANS