Qazımızdan alanlar

“Qışın bu soyuğunda evdə qaz gəlmir. Körpə uşağım var, buz kimi evdə oturmaq mümkün deyil. Qazın pulunu da əvvəldən ödəyirik. Amma niyəsə neçə müddətdi normal qaz verilmir. Qaz çox zəif gəlir. Bu qazla heç yemək bişirmək mümkün deyil”.

Bunu ANS PRESS-in “qaynar xətti”nə müraciət edən paytax sakini Lətifə Abdullayevə söyləyib. Xanım deyir ki, evdə qızınmaq üçün yalnız elektrik qızdırıcılardan istifadə etmək mümkündür. Lətifə xanımın sözlərinə görə, belə getsə qış aylarında vəziyyət daha da acınacaqlı olacaq: “Qaz idarəsinə zəng edəndə deyirlər ki, təmir işləri aparılır. Mən başa düşə bilmirəm bu təmir işlərini yayda aparmaq olmaz? Gərək hökman qış gəlməlidir?”

ANS PRESS-in “qaynar xətti”nə bu cür şikayətlər tez-tez daxil olur. Sakinlərin yaranmış suallarına cavab tapmaq üçün “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi əvəzi İbrahim Kərbəlayevlə əlaqə saxladıq. “Azəriqaz” rəsmisi qazın verilişi ilə bağlı məsələyə aydınlıq gətirib. İbrahim Kərbalayev bildirib ki, istər paytaxtda, istərsə də regionlarda qazın təzyiqi ilə bağlı problem yoxdur. Onun sözlərinə görə, əhaliyə qazın verilişi tələbata uyğun şəkildə verilir.

“Hansısa bir yaşayış evində qazın təzyiqinin zəif olması o demək deyil ki, ümumi qaz təchizatında problem var. Ola bilər ki, abonentin qaz cihazında nasazlıq var. Tərəfimizdən mütəmadi olaraq reydlər keçirilir. Bizə müraciət olduqda mənzillərə də baxış keçirilir. Qaz kəmərləri üzərində qurulan qaztənzimləyicilərdən mütəmadi olaraq təchizat tənzimlənir. Hər bir məhəllə, hər bir döngə, hər bir ünvana eyni təzyiqdə əhalinin tələbatına uyğun qaz verilir”.

İbrahim Kərbalayev qeyd edib ki, sözügedən tədbirlər regionlarda da aparılır. “Azəriqaz” rəsmisi bildirib ki, əhali vaxtı-vaxtında qaz cihazlarını normalara uyğun tənzimləmir. onun sözlərinə görə, illər uzunu işlədilən qaz qurğusunda nasazlıq yarandığı üçün bəzən problemlər yaranır. Bizə müraciətlər edirlər ki, dörd gözlü qaz pilitəsinin iki gözünə qaz gəlmir. Bizim mütəxəssislər gedib araşdırırlar və məlum olur ki, piltənin gözləri tutulub. Abonentlərdən xahiş edirik ki, yerli qaz istismar idarələrinə müraciət edib qaz cihazlarını yoxlatsınlar. Bizim qaynar xəttimiz var. Abonentlər 185 və 104 nömrələrinə zəng edərək …read more

From:: ANS