Həbsxanaya telefon keçirən göyərçin saxlanıldı (FOTO)

Braziliyada həbsxanaya qəribə üsulla mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

ANS PRESS-in məlumatuna görə, hadisə San Paulu şəhərindəki həbsxanalardan birində baş verib.

Həbsxana polisi mütəmadi olaraq həbsxananın ətrafında uçan bir göyərçini ələ keçirib.

Göyərçinin üzərindəki kisədən 1 ədəd mobil telefon, 2 ədəd qidalandırıcı, 2 ədəd sim kart aşkarlanıb.

Aşkarlanan əşyalar həbsxana rəhbərliyi tərəfindən müsadirə olunub.

Braziliya həbsxanalarında müxtəlif heyvanlardan kuriyer kimi istifadə etmək geniş yayılmış bir üsuldur.

…read more

From:: ANS