Bakıda qonşular bir-birini qırdı (VİDEO)

75 yaşlı ağsaqqal qonşuları tərəfindən sıxışdırıldığını iddia edir. Səbəb isə yaşadığı evin qonşusuna məxsus olmasıdır.

ANS TV-nin məlumatına görə, paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi 50 ünvanında yaşayan 1939-cu il təvvəlüdlü Ələsgər Quliyevin imdadına qonşusu Camal çatıb. Gənc oğlan deyir ki, ağsaqqal kimsəsiz olduğundan hər gün elə qonşularının təzyiqinə məruz qalır. Biz də ağsaqqalın mənzilinin qapısını döyməli olduq. Görünən dağa nə bələdçi. Hər şey ortadaydı. 75 yaşlı kişinin yaşadığı otaq və onun vəziyyəti göz qabağındaydı.

Ələsgər Quliyevin dediklərinə görə, o elə doğulduğu gündən etibarən burada yaşayır. Ancaq illər keçdikdən sonra İslamovlar ailəsi onun yaşadığı evin bir otağından digərinə köçürüblər. Səbəb kimi də mülkün onlara məxsus olduğu göstərilib. Ayağından əlil olan Ələsgər dayı yaşlandıqca qayğısı da artır. Ailə həyatı qurmayan Ələsgər dayı tək qonşusu Camalın ümidinə qalıb. Ancaq qonşu İslamaovlar ailəsi ona hər gün təzyiq göstərir. Bütün bunlar 75 yaşlı ağsaqqalın fikirləridir.

Bu zaman qonşular da söhbətimizə müdaxilə etməyə başladı. Bildirdilər ki, sənədli, sübütlu bu mülk onlara məxsusdur. Hətta bunu təsdiqləyən məhkəmə qərarı və mülkə dair çıxarışları da var. Dedilər və göstərdilər də. Bununla razılaşmayan ağsaqalla qonşular arasında mübahisə başladı.

İndi çarəsiz qalan bu 75 yaşlı əlil kişi demək olar ki, onun üçün sığınacağa çevrilmiş bu otağa sözün həqiqi mənasında sığınıb. Nə sanitar qovşağı, nə də hamam otağı olmayan bu balaca məkana mehrini salan Ələsgər dayı heç qocalar evinə də getmək istəmir. Deyir buralar mənim ata-baba yurdumdur. Sadəcə mənə baxan olsa yetər.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, qayğıya ehtiyacı olan 75 yaşlı Ələsgər Quliyevın vəziyyətilə gələn həftə ərzində maraqlanacaqlar. Bundan sonra ona kömək göstəriləcək.

…read more

From:: ANS