Məşhur rus evləndi

Rusiyanın yüngül atletika üzrə əsas idmançısı Yelena İsinbayeva vətəndaş nigahinda olduğu Nikita Petinovla rəsmi şəkildə ailə qurub.

ANS PRESS-in məlumatına görə, xəbəri Rusiya Yüngül Atletika Federasiyasının ataşşesi Alla Qluşenko təsdiq edib.

O, sosial şəbəkədə toy hədiyyəsi fotosunu paylaşaraq “Biz toya gedirik” yazıb. Mərasim İsinbayevanın doğma şəhəri Volqaqradda baş tutub.

Qeyd edək ki, bu ilin iyun ayında Eva adlı qızı olan Yelena 2013-cü ildə dünya çempionatındakı qələbəsindən sonra karyerasına fasilə vermişdi. Onun 2016-cı ildə Rio-de-Jeneyroda keçiriləcək Olimpiadada idmana qayıdacağı gözlənilir. …read more

From:: ANS