Obama çaşbaş qaldı

Ağ Ev ABŞ prezidenti Barak Obamanın Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı qanun layihəsini imzalayıb-imzalamayacağı barədə hələlik qərar verməyib.

ANS PRESS-in məlumatına görə, bu barədə Obamanın mətbuat katibi Coş Ernest açıqlama verib.

Onun sözlərinə görə, qanun layihəsi nəzərdən keçirilsə də prezideentin bu layihəni təsdiq edib-etməyəcəyi bilinmir.

Ernest bildirib ki, yeni sanksiyalarla bağlı layihə Senat və Konqresin nümayəndələr Palatasına müxtəlif variantlarda təqdim edilib.

Qeyd edək ki, ötən gün Obama bəyan etmişdi ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyaları Avropa Birliyi ilə birlikdə həyata keçirməyi planlaşdırır. …read more

From:: ANS