İran şahının Maqomayevə verdiyi üzük Eminə hədiyyə olundu (FOTO)

Moskvada yaşayan tanınmış azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarovun ad günü – 35 yaşının tamam olması münasibətilə böyük mərasim keçirilib.

Modern.az saytı xəbər verir ki, Backstage restoranında baş tutan təntənəli gecədə Emin Ağalarovu təbrik etmək üçün gəlmiş ünlü similar arasında Filip Kirkorov, Qriqori Leps, Andrey Malaxov, Nikolay Baskov, Oleq Qazmanov, Timati, Keti Topuriya, Sergey Lazarev, Ani Lorak, Aleksandra Saveleva, Soso Pavliaşvili kimi məşhurlar olub.

Mərasimdə Emin Ağalarova müxtəlif hədiyyələr təqdim olunub. Amma ən qiymətli hədiyyəni dünya şöhrətli mərhum sənətkar Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya verib. Belə ki, Tamara xanım Müslüm Maqomayevin 30 il müddətində barmağında gəzdirdiyi dəyərli üzüyü Eminə bağışlayıb. Bu üzüyü vaxtilə Müslüm Maqomayevə İran şahı Rza Pəhləvi hədiyyə etmişdi

Modern.az saytının məlumatına görə, həmin üzüyün maraqlı tarixçəsi var. Hələ ötən əsrin 70-ci illərində Müslüm Maqomayevin şöhrəti dünyaya yayılanda İran şahı Məhəmməd Rza Pəhləvi onu öz sarayına dəvət edir. Hadisə 1971-ci ildə baş verir. Bütün qonaqlar, o cümlədən, şah ailəsi Müslümün İrandakı çıxışından razı qalır. “Fiqaro”nun kavantinasını oxuyan müğənninin ifası şahı və saray əyanlarını valeh edir.

Sonda, Müslüm Maqomayev Məhəmməd Rza şahın hüzuruna dəvət olunur. Şah müğənniyə içində sanballı məbləğ olan zərf uzadır. Lakin Müslüm bu pulu götürməkdən imtina edir.

“Qonaq olduğum insanlardan pul almıram” deyə gənc ifaçı şaha cavab verir. Əvəzində şah müğənniyə çox bahalı üzük hədiyyə edir. Məşhur müğənni bu üzüyü həyatının son günlərinədək barmağında gəzdirir.

Müslüm şah sarayında olarkən maraqlı bir hadisə də yaşanır. Sərt etiket qaydalarının mövcud olduğu şah sarayında müğənni bağışlanmaz səhvə yol verir. Belə ki, Məhəmməd Rza şah Maqomayevi məharətli ifasına görə tərifləyəndən sonra onlar sağollaşırlar. Və müğənni çönüb gedərkən zalda uğultu qopur. Saray qaydalarına görə, Maqomayev şaha bay əyəndən sonra arxası qapıya doğru otaqdan çıxmalıymış. Lakin o, bunu etmir. Şaha arxa çevirərək onun hüzurundan ayrılmanın təhqir olduğunu bilməyən Müslümün “günahı bağışlanır”.

1972-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvinin şahbanu titullu xanımı Fərəh Pəhləvi Bakıya səfər edir. Şahbanu …read more

From:: ANS