Zəfərimizdəki kədər

“Qarabağ”ın rəsmi saytında “Zəfərimizdəki kədər” başlıqlı yazı yerləşdirilib. ANS PRESS həmin yazını olduğu kimi təqdim edir.

Zəfərimizdəki kədər

Dünən Avropa Liqasının VI turu çərçivəsində baş tutan “Qarabağ” – “İnter” (İtaliya) görüşündə baş vermiş haqsızlıq bütün ölkəni məyusluğa qərq etdi. Milyonlarla azarkeşimiz 90+4-cü dəqiqədə gələn qolla sevinc fırtınası yaşasa da, hakimlər briqadası “Qarabağ”ın qaydalar çərçivəsində vurulmuş qolunu qeydə almadı. Belədə tarixində ilk dəfə Avropa Liqasında iştirak edən “Qarabağ”mız 6 xalla qrupu 3-cülüklə bitirdi. Halbuki, o qol sayılsaydı, “Qarabağ”ımız 8 xalla 2-ci olaraq növbəti mərhələ adlayacaqdı..

Hər şey çox gözəl başlamışdı. Ölkə futbol tarixində görünməmiş ajiotaj məhz “Qarabağ”ın adıyla bağlıydı.

İlk dəfə biletlər satışa çıxan kimi 10 min bilet öz sahibini tapdı.

İlk dəfə insanlarımız böyük ümidlərə sarıldı.

İlk dəfə insanlarımız bu qədər “Qarabağ”la Qarabağa yaxınlaşdıqlarını hiss etdilər.

İlk dəfə dünya nəhəngi, 4 il bundan öncə Çempionlar Liqasının qalibi olan “İnter”lə oyunda qələbə həzzini yaşamaq üçün bütünləşmişdilər…

Onlar inanmışdı.. Hamı inanmışdı..

“Qarabağ” oyuna ümidlə, zəfər eşqiylə başladı.

31000 stadionda, 9 milyon vətəndaş və yer üzərində “Qarabağ” sevdasıyla yaşayan milyonlarla insanla birlikdə..

Stadiona “Qarabağ” bayraqlarıyla rövnəglənmiş insanlar növbəti mərhələ həyəcanına bürünmüşdülər.

Hər kəs və hər şey tarixi zəfər üçün hazır idi..

Stadiona daxil ola bilməyən 10.000 insan isə “qooool” səsini duymaq intizarında idilər.

O, “qolll” səsi isə..bizi həm ağladıb, həm də ağladacaqdı…

İlk hissədən sonra hər 2 oyunda bərabərlik qeydə alındı. Bu nəticə “Qarabağ”ın növbəti mərhələ üçün kifayət edirdi. Amma insanların qulağı Kiyevdə olsa da, “Qarabağ”dan qələbə gözləyirdilər. Buna o qədər inanırdılar ki, hətta “Dnepr” qol vuranda belə “Qarabağ”dan ümidini üzmədilər. “Qarabağ”ı daha da hücumlara səslədilər, “Qarabağ”a növbəti tura çağırdılar. Bu tur üçün sadəcə, 1 dəfə “qooool” deyə sevinmək lazım idi…

Və o an… O, qol… Zəfər anı… İfadəolunmaz hisslər… Bir-birinə qarışmış göz-yaşları, titrəyən ürəklərdə “Qarabağ”ın zəfərinin təntənəsi… 9 saniyədə Qarabağı belə bizə qaytardılar.. Və sonra… O, məşum qərar…

O sevinc qucaqlaşması, ürəkləri riqqətə gətirən zəfər hayqırtıları hakimin yanlış qərarıyla üzüntü selinə döndü…

İnsanların üzüntüsü göz yaşlarına doldu. Uzun bir …read more

From:: ANS