Putindən növbəti rekord

Rusiya prezidenti Vladimir Putin bu ilin ən nüfuzlu lideri seçilib.

ANS PRESS-in məlumatına görə, Putin Frans Press agentliyinin dünyanın ən nüfuzlu şəxsləri ilə bağlı hazırladığı siyahıya başçılıq edir.

Sorğuda agentliyin dünyanın müxtəlif yerlərində çalışan 380 əməkdaşı iştirak edib. Siyahıda şahzadə Diana və İŞİD tərəfindən başı kəsilən Ceyms Foulinin valideyni Con Fouli də yer alıb. Yeri gəlmişkən dünyanın ən nüfuzlu şəxslərinin reytinq siyahısında İŞİD lideri Əbubəkir əl Bağdadinin adı da var.

Qeyd edək ki, Frans Press agentliyinin ötən il hazırladığı reytin siyahısına ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden başçılıq edirdi. …read more

From:: ANS