11 il əvvələ qayıdırıq (VİDEO)

ANS olaraq Heydər Əliyevin anım günü ərəfəsində onun Azərbaycan tarixindəki müstəsna xidmətləri barədə reportajları təqdim etmişdik. Bu gün isə əməkdaşımız Heydər Əliyevin vəfatı ilə nəticələnən ilk ürək ağrısının onunla 16 il getdiyi yol barədə danışıb. Qayıdaq, 11 il əvvəlki tarixə!

Heydər Əliyev ürək xəstəliyini 1987-ci ildə Moskvada – Qorbaçovdan könüllü təqaüdə getmək haqda ərizə yazmaq göstərişini alanda qazanmışdı. Bu göstərişdən bir gün sonra o, infarkt diaqnozu ilə Moskva Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilir. Və nə az, nə çox, düz üç ay bu xəstəxanada müalicə olunur. 1982-1988-ci illərdə Heydər Əliyevin şəxsi mühafizəsinin rəisi olan Aleksandır İvanov o günləri belə xatırlayır:

“Səhiyyə Nazirliyinin 4-cü həkim briqadası gəldi. Onu inandırmağa çalışırdılar ki, mütləq xəstəxanada yatmaq lazımdır. Heydər Əliyev nəsə tərəddüd edirdi. Amma eşidəndə ki, həkimlər xərək gətirmək haqda danışırlar, o ayağa qalxdı, ayaqqabılarını geyindi və liftlə aşağı düşdü”.

Bir ürəyin bu qədər ağır yükə nə qədər dözə biləcəyini isə o qarşıdakı 15 ildə sübut etdi. Bu 15 ildə nələr baş vermədi? Azərbaycan hansı ağrı-acılardan çıxmadı?

Baş verənlərə nəzər salanda düşünürsən ki, o ürək öz sahibinə bəlkə lazım olduğundan da çox sədaqət göstərib.

“Yaşının o ahıl vaxtında möcüzəli, gənclik, yorulmazlıq bir fəaliyyət göstərdi. Bu sözləri indi yadımıza salanada, mən fikirləşirəm ki, ölüm nədir ki, bu cismanı bir şeydir”, – deyə Heydər Əliyevin yaxın silahdaşı Fəttah Heydərov bildirdi.

10 il əvvəli Heydər Əliyevin vəfat etdiyi 2003-cü ili isə çox yaxşı xatırlayıram. Azərbycanın bir nömrəli siyasət adamı artıq bir neçə ay idi ki, səhhətilə bağlı müayinələrdə idi. Əvvəlcə Türkiyənin Gülhanə, sonra Amerikanın Klivlend xəstəxanasında. Prezidentin səhhəti təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində izlənilirdi. Amma maraqlıdır ki, yalan informasiyanı özgələr yox, özümüzünkülər yayırdı. Dəfələrlə “Heydər Əliyev öldü” xəbəri qəzetlərin manşetinə çıxarılmışdı. Bu yalan xəbərlərin qarşısına çıxan isə maraqlıdır ki, hətta bir dəfə Heydər Əliyevin özü olmuşdu:

“ANS telekanalı vasitəsilə Azərbaycan vətəndaşlarına, həmvətənlilərimə öz salamımı, sayğımı, hörmətimi, məhəbətimi yetirirəm. Hamıya can sağlığı arzulayuram. Can sağlığı insan …read more

From:: ANS