Ronaldo dopinqdən istifadə edir?

“Real” Madridin portuqlayalı ulduzu Kristiano Ronaldo dopinq test edilib.

ANS PRESS-in məlumatına görə, UEFA Ronaldo başda olmaqla Madrid klubunun futbolçularını testdə keçirib.

Komandanın məşqinə qəfil gələn UEFA həkimləri futbolçulardan qan və sidik analizləri götürüb. Ronaldo ilə bərabər Serxio Ramos, Toni Kroos, Pepe, Isko, Marselo, Keylor Navas və zədəsi hələ sağalmayan Luka Modriç doping test edilib.

“Real” Madrid rəhbərliyi doping testə görə, hər hansı bir narahatlıq keçirmədiyini və bu tip vəziyyəti adi qarşıladığını bildirib.

Qeyd edək ki, UEFA bu həftənin əvvəlində “Barselona”dan 5 futbolçunu doping test edib. Argentinalı ulduz Lionel Messi qan və sidik analizlərini tək verməsi ilə bağlı sosial şəbəkədə status paylaşmaqla narazılığını bildirmişdi: “Doping günü. Seçilmiş 5 adamdan qan və sidik testi verən tək mən oldum. Qəribə deyilmi?”. …read more

From:: ANS