Heydər Əliyev Gürcüstanda anıldı (VİDEO)

Azərbaycanın Gürcüstandakı səfirliyində Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

ANS TV-nin məlumatına görə, tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, “SOCAR Georgia”nın prezidenti Mahir Məmmədov və Gürcüstan rəsmi qurumlarının nümayəndələri iştirak ediblər. Çıxış edənlər Heydər Əliyevin Azərbaycanla Gürcüstan arasında münasibətlərin yüksək səviyyəyə çatması üçün göstərdiyi xidmətlərindən danışıblar.

Tədbirin sonunda Heydər Əliyevin keçdiyi ömür yolu və fəaliyyətilə bağlı sənədli film nümayiş olunub.

…read more

From:: ANS