Leyla Yunus həkimləri təhqir edir (VİDEO)

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev həbsdə olan jurnalist Xədicə İsmayıl və hüququ müdafiəçisi Leyla Yunusun saxlanma şəraitindən danışıb.

ANS TV-nin məlumatına görə, o X. İsmayıla və L. Yunusa heç bir təzyiq göstərilmədiyini və onlara digər məhbuslar kimi yanaşıldığını deyir.

“Dünən qadın həkimlər gedib Leyla Yunusun səhhəti ilə maraqlanıblar. Amma onun heç bir problemi yoxdur və saxlama şəraiti də yaxşıdır. Sadəcə o Bakıda həkimləri təhqir edir, bu onun yaşayış tərzidir biz onu başa düşürük. Xədicə İsmayılova da ona yemək verilmədiyini desə də, vəziyyəti yaxşıdır”.

…read more

From:: ANS