Dilənçi erməni iqtisadiyyatı

Ermənistan transfertlərdən ən çox asılı olan on ölkədən biridir.

ANS PRESS-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan “168 jam” qəzeti xüsusi məqalə hazırlayıb.

“2013-cü ilin göstəricilərinə görə, fərdi transfertlər Ermənistan ümumi daxili məhsulunun (ÜDM) 21%-inə bərabərdir. Bu göstəriciyə görə, biz dünyada 9-cu yerdəyik. Ermənistanı bu sahədə Lesoto (24,4%), Samoa (23,8%) və Haiti (21,1%) qabaqlayır. Bizim arxamızca Qambiya (19,8%), Liberiya (18,5%) və Livan (17%) gəlir. Bu gün Ermənistan transfertlərdən yüksək asılılığının acı meyvələrini dərir. Bizim ölkə narkoman kimi transfertlərdən asılıdır”,- deyə qəzet yazır.

Qəzetin yazdığına görə, Ermənistan iqtisadiyyatı daha çox Rusiyadan pul göndərən miqrantların transfertlərindən asılıdır. “Bu köçürmələrin miqyası azalanda biz çox qorxuruq”, – deyə qəzeti yazır. …read more

From:: ANS