Bəhram Bağırzadə “Qarabağ”ın oyununda ağladı (FOTO)

Dünən baş tutan “Qarabağ” – “İnter” oyunu bütün azərbaycanlıları kədərləndirdi. Çünki Ağdam təmsilçisi qrup oyunları çərçivəsində keçirilən matçda qələbə qolunu vursa da bu, klubun növbəti mərhələyə adlamalasına imkan vermədi.

ANS PRESS-in məlumatına görə, hakimin kobud səhvi ilə bir anlıq qol sevinci yaşayan azerkeşlər qolun ləğvi ilə böyük üzüntü yaşadılar. Həmin azerkeşlər arasında tanınmış aktyor və futbol azarkeşi Bəhram Bağırzadə də olub.

Oyunun son dəqiqələrində gələn qola sevinən aktyor sonradan hakimin qolu ləğv etməsi ilə göz yaşlarına boğulub.

Qeyd edək ki, dünən “Qarabağ” və “İnter” klubları arasında baş tutan Avropa Liqası qrup oyununda hakim tərəfindən müəammalı qərar qəbul edilib. Oyunun baş hakimi oyunun son dəqiqələrində “Qarabağ”ın hesabda fərqlənməsinə baxmayaraq qolunu qeydə almayıb. Nəticədə oyun 0:0 hesabı ilə bitib. Ağdam təmsilçisi son nəticədə növbəti mərhələyə adlaya bilməyib.

…read more

From:: ANS