Azərbaycan qərarını verdi

Nazirlər Kabineti “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin (“MNTM” QSC) Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında qərar verib.

ANS PRESS-in APA-ya istinadən məlumatına görə, “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Cəmiyyətin nizamnamə kapitalı 3 000 000 (üç milyon) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 10 manat olan 300 000 (üç yüz min) ədəd adi səhmlərdən ibarətdir. “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin strukturuna “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin aparatı, Cəmiyyətin idarə, nümayəndəlik və filialları, Cəmiyyətin törəmə cəmiyyətləri daxildir. “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin əsas məqsədi nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsindən, o cümlədən nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə inkişaf etdirilməsindən və ondan istifadənin təmin olunmasından, nüvə elmləri və texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılmasından, elmi tədqiqatların genişləndirilməsindən və yüksək ixtisaslı kadr potensialının gücləndirilməsindən ibarətdir. Cəmiyyət bu məqsədlərə nail olmaq üçün bir neçə istiqamətdə fəaliyyət göstərəcək.

Bura nüvə elmləri və texnologiyalarının gələcək inkişafı üçün, tədqiqat nüvə reaktoru da daxil olmaqla, lazımi texniki bazanın yaradılması və istismarının təşkil edilməsi, nüvə və neytron fizikası, neytron radioqrafiyası, neytron spektroskopiyası, nüvə çevrilmələri, neytron optikası, nüvə tibbi, materialşünaslıq və digər istiqamətlərdə fundamental və praktiki elmi tədqiqatların aparılmasının təşkil edilməsi, tədqiqat nüvə reaktorunun milli və beynəlxalq norma və standartlara uyğun təhlükəsiz iş rejiminin təmin edilməsi üzrə tədbirlərin görülməsi, nüvə, neytron, yüksək enerjili hissəcikləri və şüaları ayırd və qeyd edən materiallar və onların əsasında cihazların hazırlanması və tətbiqi, dinc məqsədlərlə Azərbaycan ərazisində nüvə xammal ehtiyatlarının axtarışı, potensiallarının qiymətləndirilməsi, ekoloji və iqtisadi səmərəli emal üsullarının işlənilməsi və uyğun texnologiyanın yaradılması, dinc məqsədlərlə nüvə materiallarını ayırıb saflaşdırma, zənginləşdirmə texnologiyalarının, nüvə yanacağı dövriyyəsinin, istehsal texnologiyalarının və tətbiq sahələrinin yaradılması, ölkədə istehsal edilən, idxal və ixrac olunan kənd təsərrüfatı, ərzaq məhsulları, tibbi və digər məmulatların radiasiya sterilizasiya texnologiyalarının …read more

From:: ANS