QDİƏT-in 31-ci iclası başladı

Yunanıstanın Saloniki şəhərində bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının 31-ci iclası keçirilir.

XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, iclasda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edir.

İclasda qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin icrası vəziyyətinin qiymətləndirilməsi, son 6 ay ərzində təşkilat çərçivəsində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinin vəziyyəti kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur. …read more

From:: ANS