ABŞ-dan növbəti hədə

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi haqqında qanun layihəsini qəbul edib. Bu sənəd prezident Barak Obamaya Rusiya barəsində yeni sanksiyalara qərar verməyə hüququ əsas yaradır.

ANS PRESS-in məlumatına görə, sənəd Ukraynaya hərbi kömək göstərməyə icazə verir.

Qanun layihəsini həm respublikaçılar, həm də demokratlar təklif ediblər. Yeni sanksiyalar Rusiya Federasiyasının rəsmi nümayəndələrinə, Rusiya hökuməti tərəfindən nəzarət edilən aparıcı şirkətlərə şamil olunacaq.

Bildirilir ki, əgər “Qazprom” NATO-ya daxil olmaq istəyən Ukrayna, Moldova və Gürcüstan kimi ölkələrə qaz verilişinin həcmini əhəmiyyətli dərəcədə azaldarsa, 45 gündən gec olmayaraq sanksiyalara start veriləcək.

Həmçinin, qanun layihəsi Barak Obamaya 2015-ci ildə Kiyevə 350 milyon dollarlıq birbaşa hərbi yardım göstərməyə icazə verir.

Suriya müxalifətinə köməyin də ayrılmasını nəzərdə tutan qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyənilməlidir. …read more

From:: ANS