Pənah Hüseyn blok yaradır?

AXP lideri: “Dövlətçiliyə qarşı olan istənilən radikal qrupu qəbul etmirəm”

Sosial şəbəkədə Azərbaycanın tatnınmış siyasətçisi, Azərbaycan Xalq Partiyasının (AXP) lideri Pənah Hüseynin anti-sələfi, anti-nurçu və anti-radikal blok yaratması barədə xəbərlər yayılır.

ANS PRESS-ə də daxil olan məlumatda deyilir ki, Pənah Hüseyn məsələ ilə bağlı Bakı ətrafında kirayəyə götürülmüş bir villada hər həftə sonu görüş keçirir. Tanınmış bir qəzetin baş redaktoru və tanınmış bir ilahiyyatçı da ona qoşulub.

Pənah Hüseyn isə ANS PRESS əməkdaşı ilə söhbətində bu cür radikal cərəyanlara qarşı olduğunu, amma heç bir blok yaratmadığını deyir. “Mən ümumiyyətlə dövlətçiliyə qarşı olan istənilən radikal qrupu qəbul etmirəm. Amma bununla bağlı hər hansı bir blok yaratmaq fikrim də yoxdur. Yəni bu istiqamətdə heç bir iş görmürəm”, – deyə AXP lideri vurğulayıb. …read more

From:: ANS