Bu kafe fahişəxanaymış

Astara rayonunda fahişəxana aşkarlanıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Astara rayon polis şöbəsi əməkdaşları tərəfindnə keçirilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Qamışovka kəndindəki kafedə bir neçə qadının fahişəliklə məşğul olması məlum olub. Əməliyyat zamanı oradakı qadınlar saxlanılıb.

Həmçinin müəyyən olunub ki, fahişəxana rayon sakini Fərid Ramazanov tərəfindən təşkil olunub.

Fahişəxana təşkilatçısı saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır. …read more

From:: ANS