2050-də Rusiya dağılacaq (VİDEO)

ABŞ-da bu gün də qüvvədə olan “Kölə xalqlar haqqında” qanun “PUBLIC LAW 86-90” Rusiyanın dağılması planını özündə əks etdirir.

ANS PRESS-in məlumatına görə, bu, “You-Tube” portalında paylaşılan maraqlı videoda iddia olunub. Videoda sual qoyulur ki, XX əsrin ortalarında qəbul edilən qanun əslində rus kommunizmindən millətləri demokratik islahatlara yönəltmək idisə niyə SSRİ dağılmasına baxmayaraq, bu günə kimi qüvvədən düşmür? Deməli qanun layihəsinin hələ birinci mərhələsi həyata keçirilıb. İkinci mərhələ isə Rusiya Federasiyasının bölünməsidir.

Yayılan videoda maraqlı məqamlardan biri ABŞ-ın dağılan Rusiyada daha çox neft və ağac ehtiyyatları ilə zəngin Sibirə meyli haqqında söz açılmasıdır. Bundan əlavə ermənistan xülyası da ABŞ-ın planından yan keçməyib. Sadəcə planda xoş gələn məqam ermənilərin hazırki yaşadıqları ərazidən Rusiyanın şimalına köçürülməsidir.

…read more

From:: ANS