Bakıda yeni ölü dirildənlər

Otuz iki yaşlı Zəhra Bakıda yaşayır və indiyə kimi çox nadir hallarda həkimə müraciət edib. Yalnız stomotoloq və mamaça-ginekoloq istisnadır.

Qalan dərdlərinə özü dərman tapmağa çalışır. ANS PRESS əməkdaşı ilə söhbətində Zəhra “Allah bol eləsin interneti” deyir: “Bütün dərdlərin dərmanı ordadır. Həmişə özüm-özümü müalicə eləmişəm. Həkimə müraciət edəndə həm vaxtın, həm də pulun gedir. Həkimlər firmalara işləyir. Pul xətrinə lazımsız bahalı antibiotikləri yazıb dodururlar, ortada sağlamlığın da gedir”.

Amma Zəhranın özü də elə sağlam görünmür. Çox kökəlib və yaşıdlarından xeyli qoca görünür. Həm də onda iylərə qarşı kəskin həssaslıq yaranıb. Tanışları, qohumları qızı bu hala kortəbii özünümüalicə saldığını deyirlər. Düşünrlər ki, lazımsız dərmanlardan istifadə qızda metobolizmi pozub və onda iylərə qarşı həssaslıq yaradıb.

Əslində Zəhra tək deyil. ANS PRESS-in araşdırmasına görə, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə bu cür “zorən təbib” çoxdur və onlar “doktor Google”un xidmətlərindən istifadə etməklə müəyyən problemlərini həll etsələr də bütünlükdə, orqanzimlərinə zərər vurmaqda davam edirlər. Yaxın gələcəkdə bu problemin daha da dərinləşəcəyi güman edilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi hesabına reallaşan bir layihə bu ictimai bəlanı gücləndirə bilər.

Söhbət Azərbaycanda xəstəliklərə diaqnoz qoyulması üçün elektron sistemin yaradılmasından gedir. “Doctormap” layihəsinin reallaşdırılmasına fond tərəfindən 20 min manat vəsait ayrılıb və yaxın vaxtlarda onun həyata keçəcəyi güman edilir. Yəni xəstə kompüterin qarşısında oturacaq və simtomlarına görə özünə diaqnoz qoyacaq. Daha sonra sistem vasitəsi ilə hansı həkimə müraciət etməyin vacib olduğunu öyrənəcək.

İlk baxışdan hər şey əladır. Amma beynəlxalq praktika göstərir ki, reallıqda heç də hadisələrin inkişafı arzuolunan kimi getmir. Rusiyanın mətbuat və kütləvi kommunkasiyalar üzrə federal agentliyinin Təhlükəsiz İnternet Mərkəzinin məlumatına görə, insanlar bu cür saytlarda öz xəstəliklərini müəyyən etdikdən sonra “özünü müalicəyə” başlayırlar. İnternetdə müəyyən sağlamlıq səhifələrini arayaraq dərdlərinə dəman tapmağa çalışırlar. Mərkəzin araşdırmasına görə, özünü müalicə ustalarının ilk müraciət etdiyi …read more

From:: ANS