Prezident Fəxri Xiyabanda

Azərbaycan prezidenti İlham Əliyev ümumilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib. İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini anıb.
Azərbaycanın dövlət himni səslənib.

Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak ediblər.

Prezidenti Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri müşayiət edib.

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 11 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. …read more

From:: ANS