Netanyahu istefaya çağrıldı

İsrailin baş naziri Binyamin Netanyahu istefaya çağrılıb.

ANS PRESS-in məlumatına görə, İsrail İşçi partiyası sədri İsaak Hersoq ölkənin baş naziri Binyaminn Netanyahunu “müvəffəqiyyətsizliyini” qəbul edərək istefa verməyə çağırıb. Bu barədə İsrail radiosunda xəbər yer alıb.

Xəbərdə bildirilir ki, ölkənin cənubundakı Sedirot bölgəsində keçirilən konfransda çıxış edən Hersoq, Netanyahunun İsrailin mənfəətlərini təhlükə altına aldığını, ona inamın azaldığını və vəzifədə qalmaq üçün yəhudi dövləti qurmağa çalışdığını deyib.

Elə həmin konfransda çıxış edən ölkəni maliyyə naziri Yair Lapid də siyasi olaraq İsrail-Fələstin arasında sülhün əldə edilməsinin avcibliyini vurğulayıb. O bildirib ki, əgər tərəflər arasında sabitlik davam etməsə, bu ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. …read more

From:: ANS