Bakıda 73 yaşlı qadın qəzaya səbəb oldu

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Hüseyn Cavid prospektindg qeydə alınıb. Qəza zamanı “Opel” markalı avtomobil işıqforda dayanaraq yolu keçən yaşlı qadına yol vermək istəyib. Lakin arxadan gələn “Mercedes” markalı avtomobil qarşısında dayanan “Opel”i vurub. Nəticədə “Opel” markalı maşın da həmin vaxt yolu keçən piyada 73 yaşlı Rəfiqə Eminovanı vurub. Yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım maşını gəlib və Rəfiqə Eminovaya hadisə yerində göstərilən ilkin tibbi yardımdan sonra o, xəstəxanaya aparılıb. Ilkin ehtimala görə qeza piyadanın səhvi ucbatından baş verib. Belə ki, Rəfiqə Eminova yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçmək istəyib. Bu isə onun vurulması ilə nəticələnib.

Faktla bağlı Yasamal rayon polis idarəsində araşdırmalar aparılır. Qəza ilə bağlı avtotexniki və tibbi ekspertizalar təyin olunub.

Foto: Apa …read more

From:: ANS