“Qarabağ” baş hakimdən UEFA-ya şikayət edəcək

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”lə qarşılaşan “Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır.

ANS PRESS-in apasport.az-a istinadən məlumatına görə, Ağdam təmsilçisinin meneceri Asif Əsgərov bildirib ki, qitə futbol qurumuna müraciətə səbəb italiyalılarla görüşün son dəqiqələrində vurduqları təmiz qolun çexiyalı baş hakim Mioslav Zelinka tərəfindən hesaba alınmamsıdır: “UEFA-ya müraciət etməyi planlaşdırırıq. Bu məqsədlə klubun vitse-prezidenti Tahir Gözəl və baş məşqçimiz Qurban Qurbanov mətbuat konfransı keçirəcək”.

Əsgərov bildirib ki, mətbuat konfransı bu gün saat 13:00-da keçiriləcək. …read more

From:: ANS