Obamadan sevgi etirafı: “Onu sevdiyimi əri də bilir” (VİDEO)

Ağ evdə bu il prezidentin “Azadlıq” medalının təltif olunma mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, təltif edilən şəxslərə medalları ABŞ prezidenti Barak Obama təqdim edib. ABŞ-ın yüksək mülki mükafatına bir sıra tanınmış ictimai xadimlər, elm və mədəniyyət adamları, eləcə də idmançılar layiq görülüb.

Onlar arasında ən maraqlısı aktrisa Meril Stripin mükafatlandırılması olub. Belə ki, aktrisaya medalını təqdim etmədən əvvəl çıxış edən ABŞ prezidenti ona aşiq olduğunu yarı zarafat, yarı ciddi etiraf edib: “Meril Stripi sevirəm. Əri də onu sevdiyimi bilir, Mişel də. Bu mövzuda heç nə edə bilmirlər.”

“Musiqi bacarığı və bir çox sahədə nümayiş etdirdiyi qabiliyyətinə də heyranlıq hissi duyuram.” – deyə B.Obama sözlərinə əlavə edib.

Qeyd edək ki, bu il prezident mükafatı 19 nəfərə verilib.

…read more

From:: ANS