Möhtəşəm yeni Ferrari Sergio (FOTO)

Yeni Ferrari Sergio izləyənləri ovsunlayıb.

ANS PRESS-in məlumatına görə, hələlik tək olan avtomobilin ilk sahibi Birləşmiş Ərəb Əmirliklərindəndir və ilk Ferrari Sergio artıq sahibinə çatdırılıb. Ümumilikdə isə avtomobilin çox az sayda – cəmi 6 ədəd istehsal olunması planlaşdırılır.

Daha çox Ferrari 458 Spider modelini xatırladan yeni Ferrari Sergio avtomobil dizayneri Sergio Peninfarinanın şərəfinə adlandırılıb. Yeni istehsal edilən Ferrari Sergionun 605 at gücündə, 4,5 litrlik V8 motorunun olduğu bildirilir. Ferrari Sergio 0-dan 100 kilometr/saat sürətə 3 saniyədə çata bilir.

Yeni Ferrari estetik cəhətdən yenilikçi və aerodinamik dizaynı ilə də diqqəti cəlb edir. Bununla belə yeni model ənənəvi Ferrari dizaynını da qoruyur.

Ən son model olan Ferrari Sergionun LaFerrari-dən də baha olacağı bildirilir. Xatırladaq ki, LaFerrari indiyədək istehsal olunan Ferrari modelləri içərisində ən bahalısı idi.

Qeyd edək ki, ilk dəfə 2013-cü ildə Cenevrə avtomobil sərgisində nümayiş olunan Ferrari Sergio o zamandan izləyicilərin diqqətini çəkmişdi. İstehsalçılar çox məhdud sayda istehsal edilməsinə baxmayaraq, Ferrari Sergionun satışından kifayət qədər qazanc götürəcəyinə əmindirlər.

…read more

From:: ANS