“Əl Oyunları Sarayı” istifadəyə veriləcək (VİDEO)

Avropa Oyunlarının keçiriləcəyi idman mərkəzlərindən biri Dənizkənarı Milli Parkda yerləşən “Əl Oyunları Sarayıdır”. Yeni görünüş alacaq bu mərkəzin adı da dəyişib. “Bakı İdman Sarayı” adlanan bu kompleksin dəyişməyən təyinatı və quruluşudur. Bu mötəbər yarışın tennis, badminton, voleybol kimi əl oyunlarının burada keçirilməsi nəzərdə tutulur.

ANS TV-nin məlumatına görə, həmin məkan yay Avropa Oyunlarının keçirilrməsi üçün təmir olunur. Təmirdən sonra tam fərqli görünüşə sahib olacaq “Bakı İdman Sarayı” həm də daha çox tamaşaçı tutumuna malik olacaq.

“Əl Oyunları Sarayı” əvvəl 1300 yerlik idisə, təmir nəticəsində tamaşaçı yeri artırılaraq 1850 nəfər üçün nəzərdə tutulub. Təmir işləri zamanı sarayın kontur xətlərinə toxunulmayıb. Yəni binanın sahəsi və hündürlüyü olduğu kimi qalıb. Hündürlüyü 17, eni 50, 88 metr uzunluğu olduğu kimi saxlanılan idman sarayının həm daxili, həm də xarici görnüşü tamamilə dəyişdiriləcək.

“Hazırda binada yeni, fasad işıqlandırma sistemi quraşdırılıb ki, bu isə tam bir yenilikdir. Həmçinin binana həm daxili, həm də xariçi interyeri dəyişdirilmişdir. Əvvələrdə bu sarayda – voleybol, futzal və.s kimi oyunlar keçirilmişdi. Burda eyni zamanda stolüsüt tennis və badminton və digər oyunların keçirilməsi də mümükündür”- deyə Əməliyyat Meneceri Faiq Hüseynov bildirib.

İdman sarayına ən son texnologiyalara əsaslanan havalandırma istilik və soyutma sistemlərinin quraşdırılıb. Bundan başqa təmir olunan binaya 6 yeni lift də yerləşdirilib.

İki aydır təmir aparılan sarayın gələn ilin yazında istifadəyə verilməsi nəzərdə tutulub.

…read more

From:: ANS