ABŞ bunu etsə, savaş olacaq

“Əgər ABŞ raketlərini Avropaya yerləşdirməyə başlasa, bölgədə müharibə başlayacaq”.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə hərbi ekspertlər çıxış ediblər.

ABŞ Dövlət departamentinin son bəyənatına münasibət bildirən ekspertlərin sözlərinə görə, ABŞ Rusiyaya qarşı raketləri Avropaya yerləşdirsə, bu, yeni hərbi qarşıdurmaya səbəb olacaq.

Qeyd edək ki, ABŞ dövlət departamenti bəyanat vermişdi ki, Rusiya orta və yaxın mənzilli raketlər haqqında müqaviləni pozarsa, rəsmi Vaşinqtonun buna qarşı tədbirlər planı var. Ekspertlər hesab edirlər ki, ABŞ bu bəyanatla raketlərin yenidən Avropaya yerləşdirilməsinə eyham vurur. …read more

From:: ANS