Hakim bizi məyus etdi (FOTO)

Bu gün Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirilir.

ANS PRESS-in məlumatına görə, turnirdə yeganə təmsilçimiz “Qarabağ” doğma meydanda İtaliya nəhənglərindən olan “İnter”lə qarşılaşıb. Qarşılaşmada hesab açılmayıb. Daha doğrusu hakimlər “Qarabağ”ın son saniyələrdə vurduğu qolu saymayıblar. Beləliklə oyun heç – heçə başa çatıb. Bu nəticə ilə “Qarabağ” qrupda qalıb.

Qrupun “Dnepr” – “Sent Etyen” oyununda Ukrayna təmsilçisi minimal hesablı qələbəyə sevinməklə ikinci pillənin sahibi kimi “pley-off”a yüksəlib.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində 6 xalla qrup üçüncüsü oldu.

11 dekabr

Avropa Liqası, qrup mərhələsi, VI tur

“Qarabağ” (Azərbaycan) – “İnter” (İtaliya) – 0:0 (İkinci hissə)
Hakimlər: Mioslav Zelinka, Andjey Pelikan, İrji Molaçek ( Çexiya)

…read more

From:: ANS